İranda saxlanılan azərbaycanlıların qaytarılma tarixi açıqlandı VIDEO

Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ANS-ə məlumat verib

İranda saxlanılan Azərbaycan vətəndaşları ən geci iyunun 6-sı ölkəyə göndəriləcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov eksklüziv olaraq ANS-ə məlumat verib.  Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ötən gün axşam saatlarında ölkəmizin İrandakı Səfirliyinə təhvil verilib. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov bu il aprel ayının 30-u İranda saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00