Prezident seçkiləri müzakirə olunub
4 İyun 2013 17:44 SiyasətVətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ronald Kobia ilə görüşüb. Partiyadan "OLAYLAR"-a verilən məlumatda bildirilib ki, görüşdə əsas diqqət Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövud durumu və perspektivi, qarşılıqlı əməkdaşlıq imkanları və Azərbaycanın Avropa məkanına inteqrasiyasına təkan verən proqramlara yönəlib. Görüşdə bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkiləri də müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00