“4 iyun hadisələrini törətmiş adamların dövlətin və xalqın taleyindən danışmağa mənəvi haqqları yoxdur”

"Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. 4 iyun 1993-cü il hadisələri də bütün bu amillərin nəticəsi olaraq özünü göstərdi". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov səsləndirib. Bildirib ki, xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi: "AXC-Müsavat hakimiyyətinin "qəhrəman" elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı ölkəmizi böyük təhlükələrlə üz-üzə qoydu. Həmin hakimiyyət öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. Ona görə də, o zaman hakimiyyətdə olmuş, 4 iyun hadisələrini törətmiş adamların indi dövlətin və xalqın taleyindən danışmağa mənəvi haqqları yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00