İlham Əliyevin namizədliyi YAP-ın V qurultayında élan ediləcək

Yeni Azərbaycan Partiyasının V qurultayında partiyanın sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Onun sözlərinə görə, partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə edilib ki, partiyanın bütün üzvləri cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər: "Bütövlükdə Azərbaycan cəmiyyəti prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil. Biz əminik ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq". Mübariz Qurbanlı deyib ki, İlham Əliyev növbəti illərdə də Azərbaycan Prezidenti kimi ulu öndər Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək və dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək və uğurlarımız daha da artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00