Batum anlaşmasının 95 illiyi qeyd edilib
4 İyun 2013 16:33 SiyasətMillət vəkili, Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin ümummilli lider Heydər Əliyevin 90 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə düşmüş "Batum tarixi anlaşma"sının imzalanmasının 95 illiyi münasibəti ilə "Qarabağdan Anadoluya könül körpüsü" adlı möhtəşəm konsert proqramı keçirilib. "OLAYLAR"-a verilən məlumata görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Ahmet Arslan çıxış ediblər və tədbirin əhəmiyyətindən danışıblar. Türkiyənin tanınmış sənətçisi Oya Ergünün öz zəngin repertuarı ilə səhnə aldığı konsert şəhid ailələri, qaçqın və məcburi köçkün ailələri üçün təşkil olunub.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə arasında sözügedən anlaşma 1918-ci il, iyunun 4-də imzalanıb.