Müxalifətin ziddiyyətlərlə dolu Milli Şurası

“Bu qərar çox tələsik verilib”

"Milli Şuranın yaradılması ilə bağlı qərar Novxanıda elan olunmalı idi, ancaq alınmadı. Sonradan sifarişlə Milli Şura elan olunsa da, ziddiyyətlər hələ də qalmaqdadır. Ayrı-ayrı xarici qüvvələr onları belə bir qərar qəbul eləməyə təhrik edib, amma daxildəki ziddiyyətləri hələ həll etməyiblər". Bu sözləri Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Milli Şuraya daxil olan siyasətçilər arasında iddialı şəxslər var. O şəxslər hər zaman bir-birlərinə qarşı patoloji nifrət bəsləyiblər və heç vaxt bir-birlərinə güzəştə getməyiblər. "Faktiki olaraq Milli Şura yaranmamışdan qabaq Müsavat partiyası öz namizədliyini irəli sürüb. Milli Şurada prezidentliyə namizədlə bağlı fikir ayrılığı var. Eyni zamanda strateji kursla bağlı fikir ayrılıqları var. Çünki bir qrup insan qərbə inteqrasiya tərəfdarı olduğunu bildirir. Şuraya İranla münasibətləri olan dini təmayüllü şəxslər də daxil ediliblər. Bəziləri rusiyapərəst mövqedən çıxış edirlər, fərqli strateji xətt yürüdürlər. Yəni tamamilə ziddiyyətli, bir-birinə uyğun olmayan maraqların toplaşdığı bir məkandır. Bu baxımdan da çox qısa müddətdə onlar arasında konkret fikrin formalaşacağı, ortaq məxrəcə gəlinəcəyi gözlənilmir", - E.Mirzəbəyli vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00