Nazir Elmar Məmmədyarov İsrailin ədliyyə naziri Tzipi Livni ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunda iştirakı çərçivəsində İsrailin ədliyyə naziri Tzipi Livni ilə görüşüb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib və regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin tərəflər iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə etiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00