Möhsün Pakayin: “Dünya Suriyaya minnətdar olmalıdır”

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin son 20 ildə heç bir dövlətin Suriya qədər terrorizmə zərbə vurmadığını deyərək, buna görə dünya ictimaiyyətinin Suriyaya təşəkkür etməli olduğunu bildirib. Pakayin qeyd edib ki, Qərbin müxalifəti himayə etməsinə və İsrailin müxaliflərin mövqeyini gücləndirmək məqsədilə Suriyaya etdiyi hava hücumlarına baxmayaraq bu ölkə ordusunun terrorizmə qarşı mübarizələri dünya səviyyəsində təqdirəlayiqdir. Səfir İranın Suriya məsələlərini diplomatik yollarla həll edilməsinin tərəfində olduğunu da deyib. İran mətbuatının məlumatına görə Pakayin Suriya xalqının problemlərini üçün bu ölkəyə dərhal humanitar yardımların göndərilməsini və Əsəd rejiminə qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsini, didərginlərin öz evlərinə geri dönmələrinə şəraitin yaradılmasını vurğulayaraq, dağıntılara məruz qalmış məntəqələrin abadlaşdırılması istiqamətində səylərin göstərilməsini istəyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00