Belarusda Qarabağ problemi ilə bağlı tədbir keçiriləcək

Beynəlxalq Diaspor Mərkəzinin  nümayəndə heyəti Belarusa  səfər edəcək. Mərkəzdən "OLAYLAR"-a verilən məlumata görə, iyunun 4-dən başlaNan səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili" layihəsi istiqamətində tədbirlər həyata keçiriləcək. Layihədə nəzərdə tutulan tədbirlər Belarusiyanın Qrodno vilayətində baş tutacaq. Tədbirlərdə Belarusiyada, xüsusilə Qrodnoda yaşayan Azərbaycan diasporunun fəalları, Belarus ictimaiyyət nümayəndələri, QHT təmsilçiləri iştirak edəcək. Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası haqda film nümayiş olunacaq, rus dilində məlumatlandırıcı bukletlər paylanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00