Türkiyədə baş verənlərdə xarici amillərin rolu var

"Türkiyədə baş verən son proseslərdə xarici amillərin rolu şübhəsiz ki, var. Amma bu amillər ilk növbədə AKP hökumətinin yanlış siyasətindən qaynaqlanır". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada politoloq Elçin Mirzəbəyli Türkiyədə son günlər yaşayan hadisələrə münasibət bildirərkən səsləndirib. Elçin Mirzəbəyli bildirib ki,   AKP hakimiyyətinin yürütdüyü "açılım" siyasəti Türkiyə cəmiyyətindəki ziddiyyətləri dərinləşdirib: "Bu siyasət dövlətin mənafeyini qoruyan qüvvələrin müqavimətini zəiflətdi, ordunu, polisi, məhkəmə sistemini gözdən saldı. Və şübhəsiz ki, bütün bunların nəticəsi olaraq baş verənlər ortaya çıxdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00