Qabor VONA: “Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik”

"Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik." Bunu ölkəmizdə səfərdə olan Macarıstanın "Daha yaxşı Macarıstan uğrunda" partiyasının sədri Qabor Vona Azərbaycan Milli Məclisində keçirdiyi görüşdə deyib. Qabor Vona vurğulayıb ki, Azərbaycan Macarıstan üçün olduqca böyük əhəmiyyətə malik ölkədir: " Xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması üçün geniş imkanlarımız var. Biz Macarıstan əhalisini Azərbaycanın qarşılaşdığı problemlərlə yaxından tanış etməyə çalışırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik".  Sonra görüşdə Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi fikirlərini bölüşüb. İlk növbədə onu qeyd edib ki, macar deputatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək qiymətləndirən dostluq qrupunun sədri bəyan edib ki, beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycana dair məsələlərin müzakirəsində həmişə Azərbaycanın mövqeyindən çıxış edirlər.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00