Ərdoğan: "Bunların heç birinin kəsilən ağaclarla əlaqəsi yoxdur"
Türkiyənin baş naziri Taksim hadisələri və Suriya ilə bağlı danışıb
3 İyun 2013 08:08 SiyasətTürkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Habertürk TV" telekanalında gündəmdə olan məsələlər barədə danışıb. "Teke Tek Özel" adlı verilişdə Taksim Gezi parkındakı etiraz aksiyalarına münasibət bildirən Ərdoğan demokratiya uğrunda mübarizənin seçkilərdə aparılmalı olduğunu vurğulayıb.
"Bu, bir anda ortaya çıxan hadisədirmi, Kim kimi hara gətirdi, ekrandakı vətəndaşlarım bunu görməlidir. Bu hadisələrin üzərində durulan yer Gezi parkıdır. Belə başladı. Gezi parkı nədir? Bunu hazırda bilməyən yoxdur. Ankarada, Adanada bu işdən istifadə edərək çox şey etdilər. Nə səbəblə, nə üçün? Bunların heç birinin demokratiya ilə kəsilən ağaclarla əlaqəsi yoxdur" - Rəcəb Tayyib Ərdoğan belə deyib.
Türkiyənin Baş naziri verilişdə Suriya məsələsinə də toxunub. "Suriya məsələsində mən zaman açıqlaması vermədim, amma bir şeyi bilirəm. Bu adam gedəcək. Müxalifət Cenevrə konfransı ilə əlaqədar görüşlərdə iştirak etməyəcəyini açıqlayıb. Bəşər hazırda yalnızlığı doğru gedir. Bəşər quruda güclü deyil, o, havada güclüdür. Quruda müxalifət qüvvələri güclüdür. Dünənki olayda müxalifət qüvvələri bomba yüklü avtomobil ələ keçirdilər. Biz, təbii ki, Türkiyə olaraq burada problemlər yaşayırıq. 300 min qaçqın var", - deyə Ərdoğan bildirib.