Mixail Saakaşviliyə “Demokratiyaya xidmət” ödülü veriləcək
Mükafatı “Borçalı” cəmiyyəti təsis edib
3 İyun 2013 00:12 Siyasət"Borçalı" ictimai cəmiyyəti Gürcüstan prezidenti Mixeil Saakaşvilini ödülləndirəcək. Bu barədə iyunun 2-də keçirilən "Dədə Camal" məclisində qurumun sədri Zəlimxan Məmmədli məlumat verib. Onun sözlərinə görə, "Borçalı" İC "Demokratiyaya xidmət" ödülü təsis edib və bu mükafat Cənubi Qafqazda demokratiyanın inkişafında göztərdiyi xidmətə görə Gürcüstan prezidentinə veriləcək: "Xoşumuz gəlsə də, gəlməsə də, bir sıra yanlşı qərarları olsa da, Saakaşvili demokratik bir rejim qurdu, bölgədə demokratiyanın inkişafına çalışdı. Son seçkilərdə uduzsa da, baş nazir İvanişvilinin qələbəsi və hakimiyyətə gəlməsə, Saakaşvili demokratiyasının bəhrəsidir. İstəsəydi, seçkini saxtalaşdırar, İvanişvilini hakimiyyətə yaxın buraxmazdı". ("OLAYLAR"İA)