Bizi siyasi proseslərə çəkirlər…”

Zəlimxan Məmmədli: “Bu, baş tutmayacaq”

"Bizi təqib etmə, siyasi proseslərə çəkmə cəhdləri var. Bəzi ünsürləri təlimatlandıraraq "Borçalı" nın parçalanmış obrazını yaratma, hətta bu baş tutmazsa alternativ saxta "Borçalı" Cəmiyyəti yaratma planını işə salmaları haqda bilgilər almaqdayıq". Bunu "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə,  "Borçalı" cəmiyyəti siyasi oyunlara qarışmayacaq: "Bizə mane olmağa çalışırlar. Çox yazıqlar olsun. Hətta dünən gecə tədbir yerimizi bu səbəbdən dəyişməli olduq. Üzümü özünü borçalılı sayan məmur və "millət qəhrəmanlarına" tuturam. Sizin zaman-zaman "Borçalı"nı ucuz siyasi oyunlara cəhdəriniz baş tutmayacaq. Bəyan edirəm, "Borçalı" heç bir siyasi oyunda iştirak etməyəcək və heç kimə alət olmayacaq"! ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00