Prezident İlham Əliyev Böyük Britaniya Parlamenti nümayəndə heyətini qəbul edib

Bu gün Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Britaniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Azadinform" xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın siyasi, iqtisadi, enerji, birgə layihələrin həyata keçirilməsi, təhlükəsizlik, mədəniyyət və digər mühüm sahələri əhatə etdiyi bildirildi, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətli rolu qeyd olunub.

Görüşdə, həmçinin Avropa İttifaqı və NATO əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00