BDM-in Gürcüstan nümayəndəliyi yaradıldı

Beynəlxalq Diaspora Mərkəzinin Gürcüstanda nümayəndəliyi yaradılaraq rəsmi qeydiyyatdan keçib. Bu barədə məlumat "OLAYLAR"-a mərkəzdən daxil olub. Bildirilib ki, bununla da Beynəlxalq Diaspora Mərkəzinin müxtəlif ölkələrdə mövcud olan nümayəndəliklərinin sayı 7-yə çatıb. BDM-in Gürcüstan nümayəndəliyinə bu ölkədə yaşayan soydaşımız Namiq İsayev rəhbərlik edəcək. Mərkəzdən bildirilib ki, yaxın vaxtlarda BDM-in nümayəndə heyəti Gürcüstana səfər edəcək və mərkəzin Gürcüstan nümayəndəliyinin rəsmi açılış mərasimi olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00