Ermənilər atəşkəsi pozub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərimizi  atəşə tutublar.  Ağdam rayonunun Şuraabad, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

***

Mayın 30-u saat 21:30 radələrində Şəmkir hərbi birləşməsində müddətdən artıq xidmət edən (MAXE) əsgər Mehdiyev Samir Vaqif oğlu intihar edib. İntiharın səbəbləri araşdırılır. Fakt üzrə Hərbi Prokurorluq cinayət işi başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00