MM-də Qüdrət Həsənquliyevlə vitse-spiker arasında söz “atışması” baş verib
31 May 2013 15:24 SiyasətMillət vəkili Qüdrət Həsənquliyev "2012-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsiz qəbul olunmasına etiraz edib: "Dünyada elə bir ölkə yoxdur ki, büdcəni müzakirəsiz qəbul etsin. Burada müzakirələr deyil, səsvermə gedir. Cari məsələlərə yer verilmir ki, deputatlar onları narahat edən məsələləri qaldırsınlar. Siz əhəmiyyətli məsələlərin müzakirəsindən yayınaraq ikinci-üçüncü dərəcəli məsələləri müzakirə edirsiniz. Bu lap SSRİ Ali Sovetinin sessiyasına bənzəyir". Millət vəkilinin bu açıqlaması vitse- spiker Ziyafət Əsgərovu özündən çıxarıb: "Mən təəssüf edirəm ki, siz ucuz piar kampaniyasına başlamısınız. Hələ parlament seçkiləri 2015-ci ildə olacaq. Bu nə sözdür deyirsiniz? Sizin SSRİ Ali Soveti ilə bağlı müqayisəniz mənasız müqayisə idi. Məsələ müzakirə edilərkən cənab sədr dedi ki, kimin sözü varsa çıxışa yazılsın. Siz də çıxışa yazılmadınız. Özünüzü jurnalistlərə göstərirsiniz. Eyib olsun".