Ukraynada Heydər Əliyevlə bağlı kitabın təqdimatı olub
30 May 2013 17:35 SiyasətÜmummilli lider Heydər Əliyevin anadan olmasının 90 illyi ərəfəsində Ukraynada yeni bir kitab işıq üzü görüb. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov "OLAYLAR"-a verdiyi məlumatda bildirib ki, "Lider dvox epox" (İki əsrin lideri) adlanan kitabın mayın 30-da təqdimat mərasimi keçirilib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Ukrayna rəsmiləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəalları iştirak edib.
Qeyd edək ki, "İki əsrin lideri" kitabının müəllifləri Anatoli Denisenko, Vasil Turpoviç və Lyubov Şpakovskidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00