Milli Şuranın yaradılması mexanizmi düzgün deyil

Mayis Güləliyev: “O yaşaya və mövcud ola bilməz

"Mən heç vaxt Milli Şuraya can atmamışam və məndən çox Milli Şuranın düzgün təməl üzərində qurulmadığını deyən ikinci şəxs olmayıb". "OLAYLAR"-ın məlumatına görə, bu fikirləri Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev Eldəniz Quliyevin "bəzi siyasilərin Milli Şuraya olan yolu bağlıdır" fikrinə münasibət bildirərkən səsləndirib: "Mən bir daha təkrar edirəm ki, Milli Şuranın yaradılması mexanizmi düzgün deyil və o, yaşaya və mövcud ola bilməz". Partiya sədrinin sözlərinə görə, Eldəniz Quliyev bu açıqlaması ilə  bir daha bunu sübut edir: "Yəni əgər kimin ora buraxılmağını və ya kimin buraxılmayacağını əsasnamə yox, məhz siz müəyyən edirsinizsə, onda hər şey aydindir. Yəni bu qurumun demokratikliyi göz qabağındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00