Belçikada Respublika Günü qeyd olunub
30 May 2013 15:03 SiyasətMayın 28-də Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi, NATO yanında Daimi Nümayəndəliyi və Brüssel şəhər Meriyasının təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. ("OLAYLAR"İA)
Ziyafətdə Belçikanın rəsmi qurumlarının nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspor qurumlarının nümayəndələri, Avropa İttifaqı və NATO yanında akkreditə olunmuş səfirlər, Avropa Parlamentinin üzvləri, Aİ və NATO-nun yüksək səviyyəli məmurları iştirak ediblər.
Qəbulda Azərbaycanın klassik musiqi inciləri səsləndirilib, ölkəmizin müxtəlif guşələrinə səyahətə aparan sənədli film nümayiş olunub və Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.