Argentinada Respublika Günü qeyd olunub

Olaylar İA xəbər verir ki, mayın 28-də Azərbaycan Respublikasının Buenos-Ayresdəki Səfirliyi tərəfindən 28 May - Respublika Günü və Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə rəsmi ziyafət verilib.

Ziyafətdə Argentina hökumətinin və parlamentinin üzvləri, ölkənin tanınmış siyasətçiləri, alimləri, ziyalıları, iş adamları, KİV nümayəndələri, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ziyafətdə "İRS" jurnalının redaksiyası ilə La Plata Dövlət Universitetinin nəzdindəki "Azərbaycanşünaslıq kafedrası" tərəfindən birgə nəşr olunmuş ispandilli "İRS Herencia" jurnalının növbəti nömrəsinin təqdimatı keçirilib. 

Tədbirdə, habelə Azərbaycanın tarixini, mədəniyyətini, arxitekturasını və hazırkı inkişafını təcəssüm etdirən videoçarxlar da göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00