“Mən bilən “tək papkalı” Əhməd Oruc namizədliyini irəli sürüb” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Eldar Namazovun aldığı tapşırıq ondan ibarətdir ki, İsa Qəmbərin namizədliyi keçməsin”

"Lazım hesab edirəm ki, Milli Şura seçkilərdə vahid namizədlə iştirak etsin". AXCP sədri Əli Kərimli mətbuata açıqlamasında belə deyib. Politoloq Cümşüd Nuriyev hesab edir ki, AXCP sədrinin açıqlaması müxalifətin birləşməsi üçün təqdirəlayiq hal hesab olunmalıdır. Milli Şuranın vahid namizədi olmasa Azərbaycan müxalifətinin birləşməsi mümkün deyil. C.Nuriyev qeyd etdi ki, quruma daxil olan qüvvələr birləşsə, müxalifət partiyaları vahid namizəd məsələsində razılığa gələ bilər. Politoloqun sözlərinə görə Milli Şuranın seçkilərə vahid namizədlə getməsi inandırıcı görünmür: "Mən bilən "tək papkalı"sı Əhməd Oruc namizədliyini irəli sürüb. Mirmahmud Mirəlioğlunun məsələsi gündəmdədir, amma KXCP sədri bununla bağlı razılığa gələ bilər. Rəsul Quliyevin isə qeydə alınması boş şeydir. Quliyevin Şurada iştirak etməsi siyasi gedişdir. Məsələnin həllində əsas fiqurlar Eldar Namazov və İsa Qəmbərdir. Onların içərisində isə ən layiqli namizəd İsa Qəmbərdir. Milli Şuranın iki başı olan maşaya oxşayır. Bu mənada İsa Qəmbərin namizəd olması daha əhəmiyyətlidir. Çünki, İsa Qəmbər həm Qərb, həm də Rusiya ilə ikitərəfli siyasət yürütmək qabiliyyətinə malikdir. Qərbsiz isə Azərbaycanın suverenliyi təhlükə altında olacaq. Azərbaycan dövlət müstəqilliyini qorumaq üçün çoxtərəfli siyasət yürütməlidir. İsa Qəmbər Eldar Namazovla müqayisədə həm təcrübəlidir, həm ağıllıdır, həm kifayət qədər uzaqgörəndir, səbrlidir, Rusiyanın adamı deyil. Eldar Namazov isə iqtidara xəyanət etmiş adamdır. Namazovun müxalifəti təmsil etməsi inandırıcı deyil. Bu amil də İsa Qəmbər üçün müsbətdir. Müsavat başqanı ən azından prezidentlik səlahiyyətlərini icra edib, Azərbaycan parlamentinin spikeri olub, müxalifət daxilində kifayət qədər siyasi çəkisi var. Azərbaycanın bölgələrində təşkilatlanmış yeganə partiya Müsavatdır, az parçalanmaya məruz qalmış siyasi təşkilatdır. Müxalifətdə əsas söz sahibi olan insanlar Müsavat partiyasındadır. İsa Qəmbər namizədliyə ən layqili ad olduğu üçün Eldar Namazov onu pozacaq. Çünki, Namazovun aldığı tapşırıq ondan ibarətdir ki, İsa Qəmbərin namizədliyi keçməsin". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00