"Milli Şura yaradanlar tərs yolla gediblər"
30 May 2013 12:53 Siyasət"Milli Şura bu məsələdə müəyyən problemlə üz-üzədir". "Adətən siyasi təşkilatların cəmiyyətə təqdimatı belə olur. Birinci təşklilatın ideyaları, məqsədləri cəmiyyətə verilir ki, tərəfdar toplanılsın. Sonradan təşkilat təsis edilir və mübarizəyə qoşulur. Burada tərsinədir. Təşkilat elan olunub, ancaq məram və məqsədi, orada kimlərin təmsil olunacağı bilinmir. Bunlar tərs yolla gediblər, indi bu problemi necə həll edəcəkləri onların öz işləridir". Bu sözləri Milli Şuranın yaradılmasına münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən qurumlar xarici siyasətin prioritetlərini mütləq xalqa elan etməlidir.
"Onlar isə deyirlər ki, bizim məqsədimiz hakimiyyətə gəlməkdir. Bu məsələləri hakimiyyətdən sonra müzakirə edərik. Tutaq ki, Azərbaycan xalqı bilsə ki, sən Rusiya meyllisən sənə səs verməyəcək. Və ya əksinə. Sən gərək indidən elan edəsən ki, xalq sənə səs versin. Yoxsa sən xarici və daxili siyasətini gizlət, bəzi məsələlərə aydınlıq gətirmə, sən necə səs toplaya bilərsən?" - o əlavə edi.
ADP sədri hesab edir ki, seçki ilə bağlı bir nömrəli tələb xarici və daxili siyasətin prioritetlərini elan eləməkdir.
"İndiki halda belə görünür ki, Milli Şura bu məsələdə müəyyən problemlə üz-üzədir", - Sərdar Cəlaloğlu vurğulayıb.