Azərbaycan ABŞ üçün Qafqazda unikal ölkədir

Bakıda keçirilən "Azərbaycan-ABŞ: Gələcəyə baxış" adlı forumu çərçivəsində "Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda panel keçirilib. Tədbirdə çıxış edən Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bildirib ki, regionun təhlükəsizliyi, həm də qlobal təhlükəsizlikdir. Bu gün Avropada və Qafqazda təhlükəsizliklə bağlı lazımi tədbirlərin görüldüyünü deyən Ziyafət Əsgərov bildirdi ki, buna baxmayaraq Qafqaz bu gün də müharibə bölgəsi kimi tanınır. Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəldən vitse-spiker qeyd etdi ki, bu gün bəızi dövlətlər Dağlıq Qarabağ torpaqlarının zəbt olunmasına göz yumur, müəyyən maraqlara görə hətta işğalçı Ermənistana haqq qazandırmaq istəyirlər: "Bu gün bütün dünya bilir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub, 1 milyondan artıq Azərbaycan vətəndaşı doğma yurd-yuvalarından didərgin düşüb. Erməni vəhşilikləri bütün dünya ictimaiyyətinə çatdırılsa da, bəzi dövlətlər Xocalı soyqırımının tanınmasına ehtiyat edir. Ermənistan 20 ildir ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və hələ də işğalçılıq siyasətindən əl çəkmir. 20 ildir ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qərar hələ də icra olunmur. Ermənistan bu qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyət isə Ermənistana təzyiqlər göstərmir".  Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan torpaqlarının 20 ildən artıq işğalda saxlanılması, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi təkcə Azərbaycanın deyil, bütün Qafqazın təhdid edilməsidir: "Bu məsələ nəinki Azərbaycanın, Qafqazın, bütün Avropanın marağında olmalıdır. Amma, təəssüflər olsun ki, bu gün Azərbaycan Avroatlantik məkandan bu dəstəyi görmür" . Ziyafət Əsgərov forumda iştirak edən konqresmenlərin dəstəyi ilə Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayının artacağına inandığını vurğulayıb.

Tədbirdə şəxəş edən Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Brenda Şaffer isə Azərbaycanın həmişə demokratiyaya meylli olduğunu, Qafqaz ölkələri sırasında ilk müstəqilliyə cəhd edən dövlət olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın Azərbaycan xalqı kimi strateji sərvəti var və bu ölkə daim inkişafda olacaq: "Azərbaycan Qafqazda ən sürətli inkişaf edən ölkədir. Bu Azərbaycan hakimiyyəti ilə yanaşı, Azərbaycan xalqının mübarizliyinin nəticəsidir. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları Qafqaz adı çəkiləndə ilk olaraq Azərbaycanı özünə strateji əməkdaş hesab edir. Çünki Azərbaycan Qafqazda əməkdaşlıq üçün ən əlverişli ölkədir. Azərbaycan həmçinin əməkdaşlıq üçün unikal bir dövlətdir. Bu gün İran Ermənistanla əməkdaşlıq etsə də, onun sanksiyalarını qəbul etmir. Digər tərəfdən ABŞ İranı Cənubi Azərbaycan kimi tanıyır. Çünki, İran əhalisinin əksər hissəsi azərbaycanlılardır. Onlar İranda yaşamalarına baxmayaraq azərbaycanlıdırlar və onların ürəyi həmişə Azərbaycanla döyünür. Buna görə də Amerika Birləşmiş Ştatları Qafqazda tərəfdaş axtaranda düşünmədən Azərbaycanı seçir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir".

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00