Belarusda erməni təcavüzündən danışılacaq
29 May 2013 18:06 SiyasətBeynəlxalq Diaspora Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə "Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlərin təşkili" adlı layihənin icrasına başlayıb. Bu barədə "OLAYLAR"-a məlumat verən BDM-in sədr müavini Samir Adıgözəlli deyib ki, layihə çərçivəsində Belarusda Azərbaycanın təbliğinə həsr olunmuş tədbir təşkil ediləcək: "Artıq hazırlıq işlərinə başlanılıb. Yaxın bir həftə ərzində Belarusda Azərbaycanın üzləşdiyi problemlər, eləcə də Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş konfrans keçiriləcək". BDM rəsmisi deyib ki, təşkilat tərəfindən konfrans iştirakçılarına paylamaq üçün erməni təcavüzündən bəhs edən bukletlər hazırlanıb: "Həmçinin rus dilində film çəkilir ki, həmin film də tədbirə qədər hazır olacaq".