Milli Şura-növbəti məğlubiyyətin başlanğıcı

Milli Şuranın yaradılması növbəti məğlubiyyətin başlanğıcı olacaq. Belə bir açıqlama ilə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a bildirib ki, Milli Şurada təmsil olunanlar hələ də 1988-ci ilin təfəkküründədirlər: "Əslində Rüstəm İbrahimbəyov 20 ilin siyasətçilərinə dərs keçdi. O, göstərdi ki, 20 ildir bunlar bir araya gələ bilmir. Ancaq  70 yaşında qoca kişi bunları bir araya gətirdi". Niyaməddin Orduxanlı deyib ki, Milli Şuranın heç bir perspektivi olmayacaq: "Rüstəm İbrahimbəyovun imkanları genişdirsə, 3 aydır Bakıya gələ bilmir, elə Bakıya qayıtsın da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00