XİN sözçüsü bəyan etdi:“İranda saxlanılan şəxslər Azərbaycan tərəfinə verilməyib”
29 May 2013 17:30 Siyasət"Təbrizdə saxlanılan iki azərbaycanlı-Xalidə Xalid və Şamxal Hüseynov hələ ki, Azərbaycan tərəfinə verilməyib". Bunu deyən Azərbaycan xarici işlər nazirinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, hazırda Təbrizdə saxlanılan iki azərbaycanlı ilə bağlı Azərbaycanın Təbrizdəki və Tehrandakı diplomatik nümayəndəlikləri İran tərəfi ilə təmaslarını davam etdirir: "Azərbaycan vətəndaşları hələ ölkəyə verilməyib. Təbii ki, onlarla görüşün keçirilməsi üçün hələ də İran tərəfindən müvafiq şərait yaradılmayıb. Ən önəmlisi isə odur ki, onlarla görüşün keçirilməsi istiqamətində İran tərəfi ilə danışıqlar davam etdirilir. Ümidvarıq ki, yaxın zamanda İran tərəfi ilə görüşün təşkilində əlverişli şərait yaradılacaq və onların Azərbaycan tərəfinə təhvil verilməsinə dair qarşı tərəfdən müsbət cavab alınacaq. Azərbaycan tərəfi öz hüquqi dəstəyini ölkə vətəndaşlarına verməyə hazırdır və bu istiqamətdə də İranın müvafiq orqanları, o cümlədən Xarici İşlər Nazirliyi, hüquq mühafizə orqanları ilə danışıqlarını davam etdirir. Mən hələ də anlaya bilmirəm ki, onların Azərbaycana təhvil verilməsi ilə bağlı məlumatlar haradan qaynaqlanır".