Beynəlxalq təşkilatlarla QHT-lərin baxış bucaqları uyğunlaşdırılacaq
29 May 2013 16:44 SiyasətPrezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması" mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansından daxil olub. Bildirilib ki, mayın 30-da baş tutacaq tədbirdə müvafiq dövlət qurumlarının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, QH-lər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcək. Tədbirdə əsasən prezident seçkiləri ərəfəsində ölkədə olan mövcud siyasi vəziyyət, vətəndaş cəmiyyəti nümayəndələrinin seçki prosesində iştirak imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00