Bəzi dostlarımızın hər havaya uyğunlaşan rəngi var” - AÇIQLAMA

"Təəssüflər olsun ki, bəzi dostlarımızın hər havaya uyğunlaşan rəngi var. Bir zamanlar narıncı geyinən bəzi siyasilər ərəb ölkələrində baş verən inqilablar zamanı yaşıl və qara rənglərə üstünlük verdilər. İndi isə deyəsən qırmızı rəngi seçiblər". Bu fikirləri "OLAYLAR"-a Azadlıq Partiyasının sədri Əhməd Oruc Məşvərət Məclisində təmsil olunan bəzi partiyaların Milli Şuranı yaradanlar sırasında olmasına münasibət bildirərkən səsləndirib. Bildirib ki, Azadlıq Partiyasına da belə bir təklif olunub: "Ancaq biz Milli Şuranın xarici dairələrin sifarişi əsasında yaradılmasını bildiyimiz üçün ondan imtina etdik. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Azadlıq Partiyası kənardan olan hansısa ideya və təşəbbüslərə qoşulmur, bu ideya və təşəbbüsləri milli maraqlara zidd hesab edir". Əhməd Oruc Milli Şurada təmsil olunan partiyaların Məşvərət Məclisindəki gələcək taleyinə də aydınlıq gətirib: "Ola bilsin ki, onlar bir daha Məşvərət Məclisinə gəlmədilər"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00