İstanbulda Respublika Günü qeyd olunub
29 May 2013 14:42 SiyasətMayın 28-də İstanbulda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 95‑ci ildönümü mərasimi keçirilib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, mərasimdə elm, incəsənət, siyasət aləminin tanınmış nümayəndələri, millət vəkilləri, xarici qonaqlar, İstanbuldakı xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, İstanbul Valisi Hüseyin Avni Mutlu, Azərbaycan icmasının qabaqcıl nümayəndələri iştirak ediblər. Mərasim Azərbaycanın İstabuldakı Baş Konsulu Həsən Zeynalovun açılış nitqi ilə başlayıb. İstanbul Valisi Hüseyin Avni Mutlu Azərbaycan xalqını və məclis iştirakçılarını Azərbaycan Xalq Cümhuriyətinin quruluşunun 95- ci ildönümü ilə əlaqədər təbrik edib . Tədbir möhtəşəm konsert proqramı və məclis iştirakçılarının şərəfinə verilən ziyafətlə başa çatıb.