AVRONEST-in Enerji Təhlükəsizliyi Komitəsinin iclası keçirilib
29 May 2013 12:37 SiyasətBrüsseldə AVRONEST-in Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Komitəsinin iclası keçirilib. Bu barədə Milli Məclisin deputatı, AVRONEST-in Enerji Təhlükəsizliyi Komitəsinin sədri Fuad Muradov bildirib. Komitə sədri iclasda çıxışı edərək qurumun fəaliyyəti və hazırlanan hesabatlar haqqında məlumat verib. İclas zamanı avropalı deputatlar tərəfindən bir sıra maraqlı təkliflər səslənidirilib. Enerji Təhlükəsizliyi Komitəsinin növbəti iclası 2013-cü ilin sonunda baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00