Prezident İlham Əliyev "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumunda iştirak edir

Bu gün Bakıda "Gələcəyə baxış" ABŞ-Azərbaycan Forumu işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edib.Forum çərçivəsində "ABŞ-Azərbaycan Strateji əməkdaşlığı: ABŞ-Azərbaycan münasibətləri", "Enerji təhlükəsizliyi - Xəzər dənizindən Avropaya doğru: dəyişən dünyanın enerji təhlükəsizliyinin dinamikası: Cənubi Enerji Dəhlizinin yeni perspektivləri", "Azərbaycan Şərq və Qərb arasında", "Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiyalar, eləcə də "ABŞ-ın daxili və xarici siyasəti", "Qadınların dövlət idarəçiliyində liderlik rolu", "Qara qızılın insan kapitalına çevrilməsi: Azərbaycanın gələcəyinə investisiyalar", "Azərbaycan qlobal strateji yolayrıcında", "ABŞ və onun müttəfiqləri - ümumi baxışlar və ortaq dəyərlər", "Ağ ev, xalq və dünya" mövzusunda xüsusi sessiyalar keçiriləcək.Yekun sessiya isə "Azərbaycan-ABŞ strateji münasibətləri: atılacaq növbəti addımlara doğru" mövzusuna həsr olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00