ATXƏM Qurtuluş Gününü qeyd edəcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi 15 iyun-Qurtuluş Günü ilə bağlı bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumat "OLAYLAR"-a İctimai Birlikdən daxil olub. Bildirilib ki, bu məqsədlə iyunun 15-də ATXƏM Salyan rayonunda bayram tədbiri keçirəcək. Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə Qurtuluş Gününün tarixi, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə danışılacaq. Bayram tədbirində qardaş Türkiyə Cümhuriyyətindən də qonaqların iştirakı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00