VİP 7 yaşını qeyd etdi
29 May 2013 11:13 SiyasətVətəndaş və İnkişaf Partiyasının yaranmasının 7 ili tamam olub. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, bu məqsədlə VİP-də yubiley tədbiri keçirilib. Partiya sədri Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının yaranma zərurəti, ictimai-siyasi proseslərdəki rolu və qarşısına qoyduğu hədəflər barədə danışıb. Əli Əliyev rəhbərlik etdiyi partiyanın bu il ölkədə keçiriləcək prezident seçkilərində mübarizə aparacağını bir daha bəyan edib. Partiyadan o da bildirilib ki, VİP rəhbərliyi və partiya funksionerləri Novxanı qəsəbəsində Məmməd Əmin Rəsulzadənin abidəsini də ziyarət ediblər.Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 2006-cı il, may ayının 28-də təsis edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00