“Xalidə Xalid tezliklə Azərbaycan tərəfinə təhvil veriləcək”
27 May 2013 18:57 Siyasətİran mətbuatı Təbrizdə həbs edilən iki Azərbaycan vətəndaşı ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, İranın Bakıdakı səfirliyinin nümayəndəsi iki azərbaycanlının azad olunduğunu və tezliklə qarşı tərəfə təhvil veriləcəyini bildirib: "İki Azərbaycan vətəndaşı azad olunublar və onların Azərbaycan rəsmilərinə təhvil verilməsi proseduru davam edir. Onlar tezliklə Azərbaycan tərəfinə təhvil veriləcəklər".
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan XİN-i Mili Elmlər Akademiyasının elmi əməkdaşı Xalidə Xalid və onun həmkarı Şamxal Hüseynovun Təbriz konsulluğuna verilmədiyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00