Necdet Ünivar Azərbaycan xalqını 28 May Respublika günü münasibətilə təbrik edib
27 May 2013 18:45 SiyasətTürkiyə-Azərbaycan Parlamentlərarası Dostlıq Qrupunun sədri Necdet Ünivar Azərbaycan xalqını 28 May 1918 ilde Məmməd Əmin Resulzade tərəfindən elan edilən Azərbaycan Xalq Cumhuriyyetinin qurulmasının 95 il dönümü münasibətilə təbrik edir. Təbrik mesajında deyilir:
Qafqaz Türklərinin Osmanlı dövlətindən kömək istəməsi ilə İstanbul da ''Qafqaz İslam Ordusu'' adlı əsğəri birlik yaradılaraq 25 May 1918 ildə Gəncə'yə göndərilir.
28 Mayda Tiflisde M.E.RƏSULZADƏ liderliyində Azərbaycan Xalq Cumhuriyyəti elan edildi. Qagqaz İslam Ordusu 15 Sentyabr 1918 ildə Bakını işğaldan azad etdi. Azərbaycan'nın paytaxtı Bakı elan olundu.
28 Aprel 1920 tarixində Azərbaycan Sovetler Birliyi tərəfindən işğal edilmiş olsada Sovetlər Birliyinin süqutundan sonra 1991 ildə təkrar müstəqilliyinə qovuşur.
1991 ilindən etibaren 28 May günü Azərbaycan Xalq Cumhuriyyəti Bayram olaraq qeyd edilir.
Azərbaycan və Türkiyə arasında əsrlərdən bəri davam edən dostluq qardaşlıq bağları hər keçən gün dahada güclənir. Azərbaycan Qafqazların parlayan ulduzu olaraq bütün dünyada tanınır. Bu münasibətlə, bütün Azərbaycan Xalqını səmimi qəlbdən təbrik edirəm.