ADP həmsədrləri fəaliyyətsizlikdə qınayıb
27 May 2013 18:18 SiyasətAzərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri, Qarabağ probleminin yenidən gündəmə gətirilməsi, Rusiya prezidenti V.Putinin M.Şvedkovu Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi olaraq təyin etməsi, S.Lavrovun Qarabağ probleminin həllinə dair yeni variantlarla bağlı səsləndirdiyi bəyanat və hazırkı durumla bağlı digər məsələlərə münasibət bildirib. Qeyd olunub ki, uzun fasilədən sonra ATƏT-in yenidən aktivləşməsi təqdirə layiq olsa da həmsədrlərin indiyə qədər problemin çözülməsi istiqamətində göstərdiyi səylər nəticəsiz olaraq qalır. Partiya hesab edir ki, Rusiyanın birtərəfli qaydada problemin həlli istiqamətində xüsusi nümayəndəlik qaydasında göstərmək i səylər ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü misiyaya ziddir və bütövlükdə problemin həllinə xidmət etmir.