Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda iştirak edib
27 May 2013 16:19 SiyasətMayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.
Salona toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar. Azərbaycanın dövlət himni səsləndi. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söylədi.
Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00