Milli sərhədlərimiz və beynəlxalq hüquqlarımız

Mayın 30-da Bakıda "Milli sərhədlərimiz və beynəlxalq hüquqlarımız" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən Dünya Azərbaycanlıları Konqresi Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli deyib ki, konfrans DAK və  Milli Qeyri Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.  Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95 illiyinə həsr olunmuş elmi-praktik konfransda DAK rəhbərliyi, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ziyalılar və tarixçi alimlər iştirak edəcək. Konfransın sonunda milli sərhədlərimiz və beynəlxalq hüquqlarımızın bərpa olunması istiqamətində fəaliyyət göstərəcək İşçi Qrupunun da yaradılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00