Qarabağ problemi Helsinkidə müzakirə edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Azərbaycanda təşkil etdiyi Cənubi Qafqaz Forumu çərçivəsində Helsinkidə bir sıra görüşlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, görüşlərdə ən əhəmiyyətli müzakirə mövzusu uzun illər dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsi olub. Finlandiyanın sabiq prezidenti Tarja Halonen, ATƏT-in Minsk Qrupunun ilk sədri, səfir Heikki Talvitie dünya ictimaiyyətinin bu münaqişəyə daha çox diqqət ayırmalı olduğunu vurğulayıb. 

Həmçinin görüşlərdə bildirilib ki,  Cənubi Qafqaz Forumu Azərbaycanın regionda mövcud olan əhəmiyyətli rolunu bir daha göstərdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00