Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
27 May 2013 12:59 SiyasətAzərTAc xəbər verir ki, mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00