İstanbulda Respublkia Günü qeyd ediləcək
27 May 2013 12:51 SiyasətAzərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 95-ci ildönümü qardaş Türkiyə Cümhuriyyətində də qeyd olunacaq. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, bu məqsədlə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu bayram tədbiri təşkil edəcək. Bayram tədbirində hər iki ölkədən olan millət vəkilləri, siyasətçilər, qeyri-hökumət təşkilatlarının rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00