Gənclər Rəsulzadənin abidəsini ziyarət edib

Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, Milli Dirçəliş Hərəkatı Partiyasının bir qrup gənci Məmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndində yerləşən abidəsini ziyarət edib. Partiya rəsmiləri Azərbaycan Demokratik Respublikasının qurucularından biri Məmməd Əmin Rəsulzadənin həyat yolu və gördüyü işlər haqqında çıxışlar ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00