Milli Şura ideyası iflasa uğradı?
25 May 2013 17:17 SiyasətMəlum olduğu kimi, Eldar Namazov Rüstəm İbrahimbəyovla görüşmək üçün Moskvaya gedib.Aydın deyil, əgər Azərbaycanda Milli Şura ideyası artıq inhisarlaşıbsa, bu səfər nəyə lazımdır. Axı bu ideyanın reallaşmasında Rüstəm İbrahimbəyova aidiyyəti olmayan adamlar iştirak edirlər.
Milli.Az xəbər verir ki, qeyd olunan məsələ ilə bağlı münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Day.Az saytına açıqlamasında bildirib ki, bir müddət əvvəl müxalif cəbhədə hansısa siyahı ətrafında müzakirələr aparılıb."Partiya xadimləri Milli Şurada görmək istədikləri müxalifət təmsilçilərinin adlarını həmin siyahıya salmışdılar. Bəs bundan nə çıxdı? Bu siyahıya düşənlərin çoxu Milli Şura yaradılmasında iştirak etmək istəmirlər", - o əlavə edib.Əliyev hesab edir ki, müxalifətçilər anlayıblar ki, Milli Şura Rüstəm İbrahimbəyovun təsəvvür etdiyi bir şey olmayacaq. İndidən söhbətlər gəzir ki, Milli Şura İctimai Palatanın "kopya"sı olacaq. Onların istəyib-istəmədiklərindən asılı olmayaraq, Milli Şura İctimai Palataya çevrilməyə başlayıb. Sadəcə, ora Eldar Namazov da əlavə olunub."Mənə elə gəlir ki, Namazovun Moskvaya getməsinin məqsədi ideyanın iflasa uğraması barədə İbrahimbəyova hesabat verməkdir", - o əlavə edib.