Fərəc Quliyev Elçibəylə bağlı təkliflər irəli sürdü
24 May 2013 16:49 SiyasətMilli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev keçmiş prezident, Azərbaycan Xalq Hərəkatının lideri, mərhum Əbülfəz Elçibəyin dövlət səviyyəsində yubileyinin keçirilməsi, adının əbədiləşdirilməsi məsələsini qaldırdı. Millət vəkili eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərməsinin vacib məsələ olduğunu bidirdi. Millət vəkili deyib ki, bu müraciət Azərbaycan milli azadlıq və dövlətçilik tarixində yer tutmuş Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi və həmin dövr dövlətçilik tariximizə verilən əhəmiyyət baxımdan dəyərlidir. Fərəc Quliyev sabiq prezident, şərqşünas-alim Əbülfəz Elçibəyin dövlət səviyyəsində adının əbədiləşdirilməsi ilə bağlı aşağıdakı təkliflər irəli sürüb: Kitabxanın və ev muzeyinin yaradılması; küçələrdən birinə adının verilməsi; bioqrafiyasının hazırlanması; əsərlərinin çapı; sənədli film çəkilməsi; fondun yaradılması; heykəlinin qoyulması; parklardan birinə adının verilməsi; prezident olduğu dövrün tarixinin dəqiq və qərərsiz işıqlandırılması və öyrənilməsi; hər il doğum və ölüm tarixinin yad edilməsi; elmi, siyasi, həyatı və hərəkat fəaliyyəti ilə bağlı dəyirmi masa və elmi-praktik konfransların keçirilməsi.