Oqtay Əsədov: “Heç kimin dalınca danışmayaq”

Milli Məclisin  mayın 24-də keçirilən  iclasında bəzi deputatlar tərəfindən ölkənin təhsil sisteminə toxunulub. "Olaylar"-ın xəbərinə görə, deputatlardan Zahid Oruc və İqbal Ağazadə konkret təkliflər irəli sürüblər. MM-in sədri Oqtay Əsədov isə deyib ki, heç kim vəzifədə ömürlük olmur, Misir Mərdanov da uzun illər nazir postinda çalışıb və təhsil sisteminə bir çox  yeniliklər gətirib: "Heç kimin dalınca danışmayaq..." Bu zaman deputat İqbal Ağazadə ona söz verilməmiş danışaraq narazılıq edib. MM-in sədri O.Əsədov isə ona söz veriləndə danışmağı məsləhət görüb: "Siz danışanda mən danışmırdım. Bu nə hərəkətdir replika atırsız... Mən hamıdan çox replika atmaq imkanına malikəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00