Deputat milli qəhrəmanlar haqqında qanunun qəbulunu istəyir

Milli qəhrəmanların statusu haqqında" yeni qanun layihəsinin qəbuluna ehtiyac var. Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, bu gün şəhid milli qəhrəmanlarla hazırda sağ olan milli qəhrəmanların sosial statusları, sosial müdafiələri arasında xeyli boşluqlar var: "Bildiyiniz kimi Azərbaycan Qarabağ müharibəsində minlərlə şəhid verib və onlardan 211-i Milli Qəhrəman adına layiq görülüb. Həmin milli qəhrəmanlardan hazırda 17-si yaşayır. Ancaq şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında ciddi fərqlər var. Bu yaxınlarda milli qəhrəmanlarımızdan biri vəfat etdi. Ancaq onun harada dəfn olunması məsələsi açıq qaldı. Ona görə xahiş edirəm ki, "Milli qəhrəmanların statusu haqqında" kiçik bir qanun layihəsi qəbul edilsin və şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında olan fərqlər həmin sənəddə aradan qaldırılsın". milli qəhrəmanların statusu haqqında" yeni qanun layihəsinin qəbuluna ehtiyac var. Bunu deyən millət vəkili Musa Quliyevin sözlərinə görə, bu gün şəhid milli qəhrəmanlarla hazırda sağ olan milli qəhrəmanların sosial statusları, sosial müdafiələri arasında xeyli boşluqlar var: "Bildiyiniz kimi Azərbaycan Qarabağ müharibəsində minlərlə şəhid verib və onlardan 211-i Milli Qəhrəman adına layiq görülüb. Həmin milli qəhrəmanlardan hazırda 17-si yaşayır. Ancaq şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında ciddi fərqlər var. Bu yaxınlarda milli qəhrəmanlarımızdan biri vəfat etdi. Ancaq onun harada dəfn olunması məsələsi açıq qaldı. Ona görə xahiş edirəm ki, "Milli qəhrəmanların statusu haqqında" kiçik bir qanun layihəsi qəbul edilsin və şəhid milli qəhrəmanlarla hazırda yaşayan milli qəhrəmanların sosial statusları arasında olan fərqlər həmin sənəddə aradan qaldırılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00