“Rusiya Azərbaycana heç bir təzyiq göstərmir” - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Con Kerrinin bəyanatı heç də nə ABŞ-ın özünü bölgədə hiss etdirmək niyyətindən, nə də ki, bu cür gedişlərlə Rusiyaya xəbərdarlıq etmək maraqlarından irəli gəlmir”
24 May 2013 15:17 Siyasət"ABŞ və Azərbaycan dinamik tərəfdaşlıq münasibətləri qurub. Biz demokratik institutları möhkəmləndirmək, iqtisadi islahatlara yardım etməklə Azərbaycanın müstəqilliyinə dəstək vermək siyasətinə sadiqik. ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində də geniş əlaqələrə sahibdir". ABŞ Dövlət katibi Con Kerri belə deyib. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya və ABŞ kimi hegemon dövlətlər zaman-zaman bu cür ziddiyyətli bəyanatlar səsləndirirlər, Con Kerrinin də açıqlması eyni gedişlərdən biridir. ABŞ-ın həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Z.Əlizadənin sözlərinə görə Ağ Ev digər tərəfdən isə Azərbaycan ərazilərini işağl edən Ermənistanın separatçı rejimini dəstəkləyir, işğalçı ölkəyə hərtərəfli yardımlar göstərir: "Bu Amerika siyasətinin əsas xəttidir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır və tez-tez onu dəstəkləyən bəyanatlar səsləndirir. Rusiya da ABŞ kimi Azərbaycanın suverenliyini pozan Ermənistanı himayə edir. Bu amil bütün böyük dövlətlərin siyasətində elementar praktikadır. Ona görə də istər ABŞ, istərsə də Rusiyanın Azərbaycanla bağlı səsləndirdiyi və müsbət görünən bəyanatların heç bir səmimi əsasları yoxdur. Con Kerrinin bəyanatı heç də nə ABŞ-ın özünü bölgədə hiss etdirmək niyyətindən, nə də ki, bu cür gedişlərlə Rusiyaya xəbərdarlıq etmək maraqlarından irəli gəlmir. Rusiya dövlətinin son zamanlarda qəbul etmək istədiyi miqrasiya qanunları isə Azərbaycana qarşı təzyiq vasitəsi deyil. Rəsmi Moskvanın bu istiqamətdə olan cəhdlərinin Azərbaycana qarşı heç bir aiddiyyatı yoxdur. Nə də ki, ABŞ rəsmilərinin Kremlin iqtisadi addımlarını Cənubi Qafqaza siyasi təsir vasitəsi kimi qələmə verməsi kimi xarakterizə etməsi kimi absurd düşüncə tərzi yoxdur. Bu cəhdləri sadəcə olaraq Rusiya hakimiyyətinin daxildə qayda-qanun yaratmaq siyasəti kimi xarakterizə etmək lazımdır. Rusiyanın daxili bazarında kifayət qədər - işsizlik, qanunsuz miqrantların yerli əhali ilə rəqabəti problemləri kimi problemləri mövcuddur. Rusiya hakimiyyəti bütün bu qanunsuzluqları tənzimləmək niyyəti güdür. Bunları Azərbaycana təzyiq forması kimi qələmə vermək kökündən yalnışdır". ("OLAYLAR" İA)