Seçkiöncəsi vəziyyət təhlil edilib

QHT Əməkdaşlıq Alyansı yeni bir monitorinq aparır. Alyansdan "OLAYLAR"-a daxil olan məlumata görə, bu dəfəki təhlil də seçki öncəsi vəziyyyəti özündə əks etdirir. Belə ki,  QHT Əməkdaşlıq Alyansının ekspertləri prezident seçkiləri oncəsi ölkədəki vəziyyətin təhlilinə dair araşdırma üzərində işlərini yekunlaşdırmaq üzrədirlər. Bildirilib ki, sözügedən sənəddə  seçkiöncəsi ölkəmizdəki hazırkı ictimai-siyasi vəziyyət ətraflı təhlil edilib, baş verən proseslərə obyektiv qiymət verilib. Yaxin günlərdə QHT Əməkdaşlıq Alyansı həmin sənədi ictimaiyyətə təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00